Zelenski Britaniyadan Ukraynanın HHM sistemlərini gücləndirmək üçün kömək istəyib

20:43 | 05.06.2023
Zelenski Britaniyadan Ukraynanın HHM sistemlərini gücləndirmək üçün kömək istəyib

Zelenski Britaniyadan Ukraynanın HHM sistemlərini gücləndirmək üçün kömək istəyib

Ukrayna prezidenti Vladimir Zelenski Kiyevdə Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli ilə NATO-nun iyul sammitindən gözləntilərini müzakirə edib.

Bu barədə Ukrayna dövlət başçısının saytında məlumat verilib.

Zelenski görüşdə Ukraynanın hava hücumundan müdafiə sisteminin sürətli və əhəmiyyətli dərəcədə gücləndirilməsi üçün kömək istəyib.

Ukrayna prezidenti xahişini Rusiyanın Ukrayna infrastrukturuna hücumlarının intensivləşməsi ilə əsaslandırıb.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM