Zelenski G7 sammitində Hindistan, Britaniya və İtaliya baş nazirləri ilə görüşüb

17:49 | 20.05.2023
Zelenski G7 sammitində Hindistan, Britaniya və İtaliya baş nazirləri ilə görüşüb

Zelenski G7 sammitində Hindistan, Britaniya və İtaliya baş nazirləri ilə görüşüb

Ukrayna prezidenti Vladimir Zelenski Xirosimada Yeddilik Qrupu (G7) sammiti çərçivəsində Hindistanın Baş naziri Narendra Modi ilə görüşüb.

Bu görüş onların Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatı başlamasından bəri ilk görüşüdür.

"Yaponiyaya səfərim və G7 sammitində iştirakım çərçivəsində mən Hindistanın Baş naziri Narendra Modi ilə görüşdüm”, – Zelenski Teleqram kanalında yazıb.

Zelenski Modiyə Kiyevin irəli sürdüyü "sülh formulu” haqda danışıb və Hindistanı ona qoşulmağa dəvət edib.

Ukrayna prezidenti sammit çərçivəsində həmçinin,Böyük Britaniyanın Baş naziri Rişi Sunak və İtaliyanın Baş naziri Corca Meloni ilə görüşüb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM