Ukrayna prezidenti Volodimir Zelenski "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.Bu barədə o, "X" sosial şəbəkəsindəki hesabında yazıb.
Hər bir insan həyatı qiymətlidir və hər bir itki həqiqəti müəyyən etmək üçün hərtərəfli araşdırmaya layiqdir.
Qəza yerindəki aydın əyani sübut Rusiyanın bu faciəyə görə məsuliyyət daşıdığını göstərir.
Əgər Rusiya MH17 ilə olduğu kimi yalan yaymağı seçərsə, biz həqiqəti bərqərar etmək və ədaləti təmin etmək üçün Moskvaya bütün beynəlxalq təzyiqləri birləşdirməliyik", - paylaşımda qeyd olunub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !