Ukraynanın yeni seçilmiş dövlət başçısının andiçmə mərasimində Azərbaycanı Milli Məclisin sədri Oqtay Əsədov və ölkəmizin Ukraynadakı səfiri Azər Xudiyev təmsil ediblər.
"Ölkə.Az" AzərTAc-a istinadən xəbər verir ki, Oqtay Əsədov Vladimir Zelenskiyə Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və ali dövləti vəzifəyə seçilməsi münasibətilə təbriklərini çatdırıb.
Zelenski də öz növbəsində təbriklərə görə Azərbaycan dövlətinin başçısına səmimi təşəkkürünü bildirib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !