Ukrayna Prezidenti Volodimir Zelenski oktyabrın 16-da Radada çıxışı zamanı qələbə planını ictimaiyyətə təqdim edəcək.Bu barədə Ukrayna Prezidentinin Aparat rəhbərinin müşaviri Sergey Leşenko teleqram kanalında bildirib.
"Oktyabrın 16-da prezident Vladimir Zelenski Ali Radada çıxış edəcək. Aydındır ki, indi bu addımın yalnız bir səbəbi var. Bu, "qələbə planı”nın ictimaiyyətə təqdimatıdır”, – o qeyd edib.
Ukrayna Prezidenti qələbə planını ilk dəfə bir neçə ay əvvəl açıqlamışdı. Sənədin tam məzmunu hələlik ictimaiyyətə açıqlanmayıb, lakin dövlət başçısı onun ayrı-ayrı bəndləri barədə təfərrüatsız danışıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !