Zelenski Orbanı sərt tənqid edib

17:20 | 18.07.2024
Zelenski Orbanı sərt tənqid edib

Zelenski Orbanı sərt tənqid edib

Ukrayna Prezidenti Vladimir Zelenski Avropa Siyasi Birliyinin IV Sammitinin ilk plenar iclasında çıxış edərək, Avropada birliyi qorumağa çağırıb.

"Biz Avropada birliyi qoruyub saxlamalı, birlikdə yaşamalıyıq. Bu, (Rusiya Prezidenti Vladimir) Putinin yanıldığı anlamına gələcək. O, Avropada parçalanma yarada bilmədi. Avropa sülhü təmin edən bu dəyərin qorunmasında qətiyyətli olmalıdır”, -  Zelenski bildirib.

Onun sözlərinə görə, "Putin müxtəlif liderlərlə əlaqələr saxlayır, lakin bizim üstünlüyümüz var ki, hamımız birik. Təbii ki, o, ayrı-ayrılıqda sizinlə, şəriklərinizlə əlaqə saxlamağa, sizi ləkələməyə və ya şantaj etməyə cəhd edə bilər və ola bilsin ki, sizdən biriniz bizim birliyimizə xələl gətirsin”.

"Əlbəttə, hər kəs necə davranacağını özü seçir. Bəs əgər Avropada kimsə başqalarının arxasınca öz problemlərini həll etməyə çalışırsa, kimsə müharibəyə dəstək vermək istəyirsə, deyək ki, Ukrayna və ya digər dövlətlərin hesabına bizim ümumi maraqlarımıza zidd nəsə vəd edirsə, onda biz niyə belə edirik? belə insanlara diqqət etmək lazımdır? Avropa İttifaqı və NATO problemləri belə insanlar olmadan həll edə bilər”, -  Zelenski vurğulayıb.

Bundan əvvəl Ukrayna prezidenti Macarıstanın baş naziri Viktor Orbanın "sülhməramlı səfərləri” barədə danışarkən demişdi ki, bütün siyasətçilərin sülh danışıqları aparmaq qabiliyyəti yoxdur.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM