Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın keçmiş prezidenti Donald Tramp ilə telefonla danışıb. Bu barədə Ukrayna lideri X sosial şəbəkəsində paylaşım edib.
"Prezident Tramp ilə möhtəşəm bir telefon danışığı keçirdim və onu tarixi və inandırıcı qələbəsi münasibətilə təbrik etdim. Bu nəticə onun təsirli seçki kampaniyası sayəsində mümkün olub. Onun ailəsini və komandasını mükəmməl işlədiyini qeyd etdim,” - Zelenski bildirib.
O əlavə edib ki, Tramp ilə birlikdə ölkələr arasında sıx dialoqu və "əməkdaşlığımızı inkişaf etdirməyi” davam etdirməyə razılaşıblar.
"ABŞ-ın güclü və sarsılmaz liderliyi dünya üçün və ədalətli sülh üçün həyati əhəmiyyət kəsb edir,” - Ukrayna dövlət başçısı əlavə edib.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !