Agentliyin məlumatına görə, Zelenski bir daha Ukraynanın "güclü” təhlükəsizlik zəmanəti almağa çalışdığını vurğulayıb. O, həmçinin Ukrayna münaqişəsinin 3 ilini tamamladığı bir vaxtda ölkə ordusuna dəstək verməyə çağırıb.
Bundan bir qədər əvvəl Britaniyanın "Financial Times” qəzeti yazıb ki, Trampın gələcək administrasiyası Ukraynadakı münaqişəyə son qoymaq strategiyası barədə hələ qərar verməyib, lakin Kiyevə dəstəyi davam etdirməyi planlaşdırır.
Nəşr qeyd edib ki, ABŞ-ın seçilmiş prezidenti 24 saat ərzində hərbi əməliyyatları dayandırmaq vədlərindən imtina edib, daha real vaxt çərçivəsini - altı ay adlandırıb.
Yanvarın 13-də hazırkı Amerika lideri Co Bayden demişdi ki, vəzifədən gedən ABŞ administrasiyası Trampın Kiyevə hərbi yardımı davam etdirməsi üçün zəmin yaradıb.
Aytac
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !