Zelenski Ukraynadakı münaqişənin sona çatması üçün şərtini açıqlayıb

17:15 | 26.01.2023
Zelenski Ukraynadakı münaqişənin sona çatması üçün şərtini açıqlayıb

Zelenski Ukraynadakı münaqişənin sona çatması üçün şərtini açıqlayıb

Ukraynada münaqişəyə son qoyulması üçün şərt Rusiya qoşunlarının ölkə ərazisindən çıxarılmasıdır. Bu barədə Ukrayna prezidenti Vladimir Zelenski ki, O, bu barədə Sky News-a müsahibəsində bildirib.

"Mən sizə əminliklə deyə bilərəm ki, onlar bizim ərazimizi tərk etsələr, müharibə dayanacaq" - prezident deyib.

Onun sözlərinə görə, Ukraynanın Rusiyada hərbi əməliyyatları davam etdirmək istəyi yoxdur.

2022-ci ilin sentyabrında keçirilən referendumun nəticələrinə görə Donetsk və Luqansk Xalq Respublikaları, həmçinin Xerson və Zaporojye vilayətləri Rusiya Federasiyasının tərkibinə daxil olub.

Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ukrayna qanunvericiliyi Kiyevə ölkədəki vəziyyətin sülh yolu ilə nizamlanması, o cümlədən Rusiya tərəfi ilə danışıqlar aparmağa imkan vermir.

Eyni zamanda, Rusiya rəsmiləri Kiyev hakimiyyəti ilə danışıqlara hazır olduqlarını dəfələrlə bəyan ediblər. 2022-ci il dekabrın 22-də Rusiya prezidenti Vladimir Putin "bütün silahlı münaqişələrin bu və ya digər şəkildə danışıqlar yolu ilə bitəcəyini” elan edib.
 
2022-ci ilin fevralın 24-dən Rusiya prezidenti Putin Ukraynada hərbi əməliyyatlar keçirməsi barəsində fərman imzalayıb. Bu gün iki ölkə arasında müharibədən 337 gün keçir. Müharibə nəticəsində Amerika və bir çox Avropa ölkələri Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etsələr də Rusiya müharibəni daynadırmaq fikrindən geri çəkilməyib. 
 
Gülnar 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM