Ukrayna Prezidenti Vladimir Zelenski keçmiş Prezident Viktor Yanukoviç, keçmiş Baş nazir Nikolay Azarov və Ukraynanın bir neçə sabiq məmuruna qarşı sanksiyaların tətbiq edilməsi barədə Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarını təsdiqləyib. Bu barədə gazeta.ru xəbər verir.
Məhdudlaşdırıcı tədbirlər Ukraynanın sabiq Prezidenti Viktor Yanukoviç, ölkənin sabiq Baş naziri Nikolay Azarov, sabiq təhsil naziri Dmitri Tabaçnik, sabiq müdafiə naziri Pavel Lebedev, həmçinin sabiq Baş prokuror Viktor Pşonka və digər məmurlara aiddir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !