Zəlzələdə 3 iranlı futbolçu vəfat edib

16:28 | 09.02.2023
Zəlzələdə 3 iranlı futbolçu vəfat edib

Zəlzələdə 3 iranlı futbolçu vəfat edib

Türkiyədə baş vermiş zəlzələdə 3 iranlı futbolçu həyatını itirib.  İran mediası xəbər verir ki, bu barədə İran Amputant Futbol Assosiasiyası məlumat yayıb.

Məlumata görə,  Malatyada baş verən zəlzələdə İran amputant komandasının futbolçuları Məhəmmədrza Mirəhmədi, Mehdi Səidəvi və Hamed Matrudi yerləşdikləri hoteldə dağıntılar altında qalaraq həlak olublar.
 
Fevralın 6-da Türkiyənin cənub şərqində iki dəfə 7.7 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində ölənlərin sayı 14 mini keçib. Bu rəqəmin daha da artacağı gözlənilir. 
 
Baş verən zəlzələ nəticəsində BMT cümə axşamı açıqlama yayaraq bildirib ki, ərazilərə humanitar yardımlara daha çox ehtiyac var. 
 
Türkiyədə baş verən zəlzələ ilə bağlı ölkə daxilində 7 günlük matəm elan olunub. 3 ay müddətində isə fövqəlada vəziyyət elan olunmsı gözlənilir. 
 
Aytac
 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb