• $
  • €
  • ₽
  • ₺
  • £

Zəlzələdən zərərçəkənlərə ABB mobile-la yardım imkanı!

Zəlzələdən zərərçəkənlərə ABB mobile-la yardım imkanı!
08.02.2023 18:51
ABB Türkiyədə baş vermiş zəlzələdən zərər çəkənlərə yardım göstərmək istəyənlər üçün imkan yaradıb. Yardımları artıq ABB mobile vasitəsilə də etmək olar. Vəsaitlər Azərbaycanda elan edilmiş "Səninləyəm, Türkiyə” aksiyası çərçivəsində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin hesabına köçürülür. 

Bu məqsədlə ABB mobile tətbiqinə xüsusi bölmə əlavə edilib. Tətbiq istifadəçiləri həmin bölməyə daxil olub Türkiyədə zərərçəkənlərə istədikləri məbləğdə yardım göstərə bilərlər. ABB mobile istifadəçisi olmayanlar isə bu imkandan yararlanmaq üçün tətbiqi yükləyib qeydiyyatdan keçməlidirlər. 
Zəlzələdən zərər çəkənlərə yardımları bu Türkiyə bankları  vasitəsilə də köçürmək mümkündür. ABB mobile, eləcə də banklar vasitəsilə köçürmə zamanı komissiya haqqı və ƏDV tutulmur. 

Xatırladaq ki, fevralın 6-da qardaş Türkiyənin cənub-şərqində baş verən güclü zəlzələ Kahramanmaraş, Kilis, Diyarbəkir, Adana, Osmaniye, Qaziantep, Şanlıurfa, Adıyaman, Malatya, Hatay əyalətlərində böyük dağıntılara və insan tələfatına səbəb olub. Zəlzələdən zərər çəkənlərin müxtəlif ehtiyaclarının qarşılanması üçün ən kiçik yardımın da indiki çətin günlərdə qardaş Türkiyə üçün böyük dəyəri var.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, www.abb-bank.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
“INMerge 2026” sammitinə 94 ölkədən 1300-dən çox startap müraciət edib
İqtisadiyyat 07:37
“INMerge 2026” sammitinə 94 ölkədən 1300-dən çox startap müraciət edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol