Zəlzələni öncədən proqnozlaşdıracaq kosmik sistem yaradılır

22:18 | 30.11.2015
Zəlzələni öncədən proqnozlaşdıracaq kosmik sistem yaradılır

Zəlzələni öncədən proqnozlaşdıracaq kosmik sistem yaradılır

Qazaxıstanın Milli Kosmik Agentliyi (Kazkosmos) Britaniyanın «SSTL» şirkəti ilə birgə zəlzələni öncədən proqnozlaşdırmağa imkan verəcək kosmik sistem yaradır. Bu haqda  Qazaxıstan Respublikasının İnvestisiya və İnkişaf Nazirliyi AeroKosmos Komitəsinin sədr müavini Meyrbek Moldabekov məlumat verib.
 
 
«ICTnews» elektron xəbər xidməti «belta.by» resursuna istinadən yazır ki, "hazırda "Kazkosmos” tərəfindən «SSTL» şirkəti ilə birgə özündə iki kosmik aparatı (texnoloji kosmik aparat və elmi kosmik aparat) birləşdirən elmi-texnoloji təyinatlı kosmik sistem yaradılır. Elmi aparat zəlzələlərin proqnozu üçün tətbiq ediləcək" – deyə Moldabekov qeyd edib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM