Zəngilan və Kələbəcər qızıl yataqlarının işğaldan azad edilməsi 2021-ci ildə Azərbaycanın qızıl ixracının həcminə müsbət təsir edəcək, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadə bu gün keçirilən məətbuat konfransında anews.az-ın sualına cavab verərkən deyib.
"Qızıl ixracında Azərbaycan son illər ciddi şəkildə irəliləyiş əldə edib. Bu sahə üzrə müvafiq dövlət şirkətinin formalaşması və həmin dövlət şirkətinin xarici ixrac əməliyyatlarını artıması ümümi qızılın qeyri neft sektorunda yüksək paya sahib olmasının əsas şərtidir. Son bir neçə ilə baxsaq görərik ki, qızılın ümümi ixracı qeyri neft sektorunda ilk üçlükdə yer alır. Bu lider mövqedə olan bir məhsuldur. Qızılın artması ilə bağlı müvafiq yataqların Azərbaycan tərəfinin nəzarətində olması, onun qarşıdakı müddətdə hasilatı və istifadəsi ölkəmizin qızıl ixracını artıracaq. Nəinki qızıl ixracı digər resurslar da orda mövcuddur ki, bu resurlaslar ölkəmizin xammal ixracına müsbət təsir göstərəcək” – deyə Hacızadə bildirib.
Nicat Hacızadə 2021-ci ildə Azərbaycan məhsulları üçün yeni xarici bazarların açılması ilə bağlı qeyd etdi ki, pandemiya müəyyən qədər bu diversifikasiyanın daha çox genişlənməsinə əngəl törədib.
"Dövlət başçısı tərəfindən də qeyd olunub ki, biz yeni ixrac bazarları tapmalıyıq, məhsullar diversifikasiya olunmalıdır. Həm coğrafi, həm də məhsul diversifikasiyası önəmlidir. 2021- ci ildə pandemiyanın əhatə dairəsi zəifliyərsə bu da ölkəmizin ixrac diversifikasiyasına müsbət təsir göstərəcək, deyə Hacızadə vurğulayıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına görə, Azərbaycan 2021-ci ilin ayında 331,3 milyon dollarlıq qeyri neft sektoruna aid məhsul ixrac edib.Bu da 2020-ci ilin uyğun dövründən 11,3% çoxdur.
Hesabat dövründə 34,4 milyon dollarlıq qızıl ixrac edilib, bu da ötən ilin uyğun dövründən 26% çoxdur. O cümlədən pambıq ixracı 24%, xurma - 97,9%, polipropilen - 36,5%, soyulmuş fındıq - 15,3% artıb. Pomidor ixracı isə 42,5% azalıb.
2020-ci ildə Azərbaycanın qeyri-neft ixracının həcmi 2019-cu illə müqayisədə 5,2% az olmaqla 1,9 milyard dollar təşkil edib. İqtisadiyyat Nazirliyinin məlumatına görə, Azərbaycanın qeyri-neft ixracatı 2026-cı ilə qədər təxminən 4 milyard dollar təşkil edəcək.

Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !