Zəngilanda qəbul imatahanı bu il üçün nəzərdə tutulmayıb - Məleykə Abbaszadə

12:01 | 17.03.2023
Zəngilanda qəbul imatahanı bu il üçün nəzərdə tutulmayıb - Məleykə Abbaszadə

Zəngilanda qəbul imatahanı bu il üçün nəzərdə tutulmayıb - Məleykə Abbaszadə

Zəngilanın Ağalı kəndindəki məktəbdə qəbul imtahanı keçirilməyəcək. Bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mətbuat konfransında jurnalistlərə açıqlamasında bildirib.
 
"Qəbul imtahanları müəyyən mərkəzlərdə təyin olunur. Ağalıda cəmi bir məktəb və 3 abituriyent var. Biz çalışırıq ki, abituriyentlərə yaxın ərazilərdə imtahanlar keçirilsin. Buna görə də, Ağalıda qəbul imtahanı nəzərdə tutulmayıb”,-  DİM sədri vurğulayıb.

 Zəngilanın Ağalı kəndi ən böyük kəndlərindədir və hazırda kəndin siyahısında 1400-dən çox sakin qeydiyatdadır. Kənd 3 yerə bölünür: Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı.
 
Aytac

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM