Zəngilandan görüntülər - FOTOLAR

17:21 | 28.10.2014
Zəngilandan görüntülər - FOTOLAR

Zəngilandan görüntülər - FOTOLAR

Sabah işğalından 21 il ötən Zəngilanın görüntüləri yayılıb. Qondarma Dağlıq Qarabağ rejiminin rəhbəri Azərbaycanın işğal altında olan Zəngilan rayonuna səfər edib. ANS PRESS-in məlumatına görə, Bako Saakyan şəhərdə yeni uşaq bağçasının açılışında iştirak edib. Zəngilanda həmçinin təmirdən çıxan xəstəxana binasının da açılışı baş tutub. Qeyd edək ki, Zəngilan rayonu 1993-cü il oktyabrın 29-da ermənilər tərəfindən işğal edilib. Rayonun müdafiəsi zamanı 188 nəfər ölüb, 44 nəfər yaralanıb. Ərazisi 707 kvadrat kilometr olan Zəngilan işğal olunanda əhalisi 35,6 min nəfər olub. Hazırda zəngilanlı məcburi köçkünlərin sayının 33 min nəfər olduğu bildirilir. Rayon ərazisinin əsas hissəsi dağlardan və çaylardan ibrətdir. Zəngilanda qızıl, tikinti daşları və əhəng kimi faydalı qazıntılara malikdir. Dünyada sayılıb seçilən bir neçə çinar meşəsindən biri də bu rayonda yerləşir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb