Zənurə Talıbovanın vəzifəsı artırıldı

21:52 | 13.12.2019
Zənurə Talıbovanın vəzifəsı artırıldı

Zənurə Talıbovanın vəzifəsı artırıldı

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) kommunikasiya departamentinə yeni rəhbər təyinatı olub.

 İİTKM-in icraçı direktoru Vüsal Qasımlının müvafiq əmri ilə bu vaxta qədər departamentdə PR meneceri kimi fəaliyyət göstərən Zənurə Talıbova Kommunikasiya departamentinin rəhbəri vəzifəsinə təyin olunub.

Zənurə Talıbova təhsilinə 1998-2002-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində başlayıb. Magistr təhsilini 2005-ci ildə Gürcüstanda Qafqaz Jurnalistika və Media İdarəçiliyi məktəbində alıb.

Daha sonra 2009-2011-ci illərdə Azərbaycan İqtisadi Universitetində maliyyə və kredit ixtisası üzrə ikinci təhsil alıb. ANS TV-də televiziya sahəsində peşəkar fəaliyyət göstərdikdən sonra karyerasını 2016-cı ildən İİTKM-də davam edib.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb