Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Emil Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Anews.az Report-a istinadən xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə E.Hüseynov cinayət işində zərərçəkmiş qismində tanınan 4 şəxsə dəymiş zərəri ödədiyini deyib. O, zərərçəkmişlərə təqribən 5 milyon manat qaytardığını bildirib.
Növbəti məhkəmə iclasında dövlət ittihamçısının E.Hüseynova cəza istəyəcəyi gözlənilir.
Məhkəmənin növbəti iclası dekabrın 15-nə təyin edilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !