İran xarici işlər naziri Məhəmməd Cavad Zərif İsveçrədə keçirilən nüvə danışıqlarında razılığa varılmasından sonra ölkəsində qəhrəman kimi qarşılanıb.
Musavat.com-un Türkiyə mətbuatına istınadən məlumatına görə, İsveçrənin Lozanna şəhərində keçirilən müzakirələrdə BMT Təhlükəsizlik Şurasının 5 ölkəsi və İran arasında əsas məsələlərdə razılığa gəlinmişdi.
Dünən Lozannada keçirilən mətbuat konfransının ardından İsveçrədən ayrılan və bu səhər ölkəsinə dönən İran xarici işlər naziri Məhəmməd Cavad Zərifi qarşılamaq üçün insanlar Tehranın Mehrabad hava limanına axın edib.
İran Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Saleh kameralar qarşısına keçib və mətbuat mənsublarına qısa bir açıqlama verib. Daha sonra hava limanından ayrılan Zərifi küçədə də izdihamlı bir qrup müşayiət edib. İran vətəndaşları Zərifi alqışlarla müşayiət edib, İran bayraqları qaydıran qruplar şüarlar səsləndirərək, Zərifə rəğbətlərini bildiriblər.
ANN.Az
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !