Rusiyada sahildə balıq ovu həvəskarları faciənin astanasından dönüblər. Belə ki, onların üzərlərində durduqları buz yarıya bölünərək açıq dənizə tərəf sürüklənib.
Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Kadrlarda buz parçasının üzərində səkkiz nəfər və iki avtomobilin qaldığı görünür.
Lakin xoşbəxtlikdən onları xilas etmək mümkün olub. Belə ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yerli sakinlərin köməyi ilə balıqçıları sahilə çıxara biliblər.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !