Zəvvarların nəzərinə

15:51 | 03.10.2014
Zəvvarların nəzərinə

Zəvvarların nəzərinə

Həcc ziyarətinə gedən zəvvarların müqəddəs yerlərdə “selfie” çəkilişləri pislənilib. ANS PRESS-in məlumatına görə, Rusiya Müftilər Şurası bununla bağlı açıqlama yayıb. Açıqlamada bildirilir ki, şəkil çəkdirməyə həddən artıq bağlılıq zəvvarları adi turistlərə çevirir.“Əgər zəvvarların çəkdirdikləri şəkillər, bu şəkillərin paylaşılması və müzakirə edilməsi möminləri Həcc ziyarətini düzgün yerinə yetirməkdən yayındırırsa, bu, bəyənilən əməl deyil”, - deyə açıqlamada deyilir.Artıq bir neçə dini saytlarda belə məlumatlar yayılıb ki, son zamanlar yeni “dəb” yaranıb. Zəvvarlar Səudiyyə Ərəbistanında müqəddəs ziyarət zamanı daim “selfie”, müxtəlif videolar çəkir. Sonra isə bunları sosial şəbəkələrdə paylaşırlar.“Əlbəttə zəvvarlar ilk növbədə həcc ziyarətinin, mərasimlərin, ayinlərin düzgün yerinə yetirilməsi haqqında düşünməlidirlər. Nəinki özlərini necə çəksinlər. Əgər şəkil çəkdirmələri ziyarətin düzgün yerinə yetirilməsindən yayındırırsa, belə çıxır ki, həmin şəxs ora ziyarət məqsədilə deyil, özünü qohumlarına, yaxınlarına və dostlarına Həcc fonunda göstərmək üçün gedib”, - deyə Rusiya Müftilər Şurasının sədr müavini Ruşan Abbyasov bildirib.Bununla belə, bildirilib edib ki, şəkil çəkdirmək heç vaxt qadağan olunmayıb. Qeyd olunur ki, unudulmaz yerlərdə şəkil çəkdirmək normaldır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM