Zeynəb Xanlarovanın səhhətində problem yarandı

13:31 | 19.12.2019
Zeynəb Xanlarovanın səhhətində problem yarandı

Zeynəb Xanlarovanın səhhətində problem yarandı

Xalq artisti, millət vəkili Zeynəb Xanlarovanın səhhətində problem yaranıb. 
 
Yenisabah.az xəbər verir ki, Zeynəb Xanlarova ABŞ-a köçməsi, bu ölkədə fond yaratması, çrikli pulların yuyulmasında adının hallandırılması barədə xəbərlərdən sarsılıb. Bu isə onun səhhətinə mənfi təsir göstərib. Hazırda Bakıda olan xalq artistinin sağlıq durumunun o qədər də yaxşı olmadığı bildirilir. Onun həkim nəzarətində olduğu qeyd edilir.
 
Məlumatda həmçinin qeyd edilir ki, Zeynəb Xanlarovanın ittihamlara cavab verməməsi küskünlükdən irəli gəlir. Xalq artisti hələ də inan bilmir ki, cəmiyyətdə ona bu qədər mənfi münasibət ola bilər. Digər tərəfdən, xalq artisti düşünür ki, bütün bunlar hansısa qüvvələrin ona qarşı apardığı kampaniyadır. 
 
Məlumatı dəqiqləşdirmək üçün Zeynəb Xanlarova və onun köməkçisi ilə əlaqə saxlamağa çalışdıq. Lakin çoxsaylı cəhdlərimiz nəticə vermədi. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM