Noyabrın 24-26-da Su İdmanı Sarayında üzgüçülük üzrə açıq Azərbaycan çempionatı keçiriləcək.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yarış Beynəlxalq Üzgüçülük Federasiyasının tələblərinə uyğun tərtib edilib və ilk dəfə olaraq elektron hesablama mexanizmindən istifadə olunacaq.
Qeyd edək ki, çempionatda Azərbaycan komandası ilə yanaşı, Qazaxıstan və Gürcüstan komandaları da öz qüvvələrini sınayacaqlar.
Yarış hər üç gün saat 17:00-da start götürəcək.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !