Üzgüçümüz Avropa üçüncüsü oldu

22:51 | 06.07.2022
Üzgüçümüz Avropa üçüncüsü oldu

Üzgüçümüz Avropa üçüncüsü oldu

Azərbaycan üzgüçüsü Ramil Vəlizadə Rumıniyanın paytaxtı Buxarestdə keçirilən gənclərin Avropa çempionatında bürünc medal qazanıb.

Bu haqda  Federasiyanın Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, 18 yaşlı idmançı finalda 200 metr məsafəyə batterflay üsulu ilə üzmə növündə üçüncü yeri tutub.

 Azərbaycan yarışda 3 üzgüçü ilə təmsil olunur. Yarışda Vəlizadə ilə yanaşı, Rəşad Alquliyev və Əbdürrəhman Rüstəmov da mübarizə aparır

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti