ANN.Az türk mətbuatına istinadən xəbər verir ki, Antaliyada suriyalı bir ana yaşları 4 və 11 arasında olan 2 uşağı ilə ərzaq və meyvə axtarmaq üçün küçələrə çıxıb. Ayaqyalın olan və ayaqlarında heç corabları olmayan bu uşaqlar zibil qutularını eşələyərək qida axtarmağa başlayıblar. Zibilliyi eşələyən uşaqlardan biri qutudan xiyar tapdığı üçün sevinərək anasına tərəf qaçıb. Həmin uşağın bu sevinci türk müxbirin diqqətindən qaçmayıb.
Həmin ürək ağrıdan vəziyyətin fotosunu sizə təqdim edirik:
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !