Almaniya millisinin yarımmüdafiəçisi Məsut Özil komandasının dünya çempionatında şanslarını dəyərləndirib.Qol.Az-ın məlumatına görə, "Bild" qəzetinə danışan türk əsilli futbolçu Almaniya yığmasının dünya kubokunu qazanmaq gücündə olduğunu bildirib:"Almaniya millisi dünya çempionu olmağı haqq edir. Hər kəs bizdən bunu gözləyir. Son mundialda komandamız çox gənc idi və hər kəs bu qədər yaxşı oynamağımıza təəccüblənmişdi. Bu dəfə daha təcrübəli futbolçulardan qurulmuş komandayıq, ancaq üzərimizdə böyük təzyiq var. Bunun öhdəsindən gələ bilərik. Artıq uzun müddətdir ki, yüksək səviyyədə futbol oynayırıq. Dünya kubokunu qazanmaq çox çətin olacaq. Braziliya yığması turnirin əsas favoritidir. Ancaq Cənubi Amerikada dünya çempionluğunu qazanacaq ilk Avropa komandası kimi tarix yazmaq gücündəyik".Qeyd edək ki, Almaniya millisi G qrupunda ABŞ, Portuqaliya və Qana yığmaları ilə mübarizə aparacaq.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !