“Zirə” çempionatda ilk qələbəsini qazandı

23:03 | 11.09.2021
“Zirə” çempionatda ilk qələbəsini qazandı

“Zirə” çempionatda ilk qələbəsini qazandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu keçirilib.


"Keşlə” "ASK Arena”da "Zirə” ilə qarşılaşıb.


Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Hər iki qolu gürcüstanlı legioner Davit Volkov vurub (64 və 72 dəq). 


Oyunun 28-ci dəqiqəsində meydan sahibləri azlıqda qalıblar: Anatole Abanq kobud hərəkətə görə birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.


Yeni mövsümdə ilk qələbəsini qazanan "Zirə” xallarının sayını 4-ə çatdıraraq, 5-ci pilləyə yüksəlib.
 
(Oxu.Az)





www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM