Zirəddin Rzayev 2014-cü ilin proqnozunu verdi

19:39 | 01.01.2014
Zirəddin Rzayev 2014-cü ilin proqnozunu verdi

Zirəddin Rzayev 2014-cü ilin proqnozunu verdi

Xərçəng xəstəliyinin müalicəsi Türkiyədə tapılacaq.

Tanınmış ekstrasens Zirəddin Rzayev yeni - 2014-cüü ildə gözlədikləri ilə bağlı fikirlərini ANS PRESS-lə bölüşüb. 

Oxu.Az həmin müsahibəni təqdim edir.

- Zirəddin bəy, qarşıdan heç də sakit olmayan at ili gəlir. Deyə bilərsizmi Azərbaycanı 2014-cü ildə nə gözləyir?

- Azərbaycan haqqında proqnoz vermək isrəmirəm. 

- Niyə?

- Fikirlərim, söylədiklərim Azərbaycan mətbuatında təhrif olunduğundan heç nə deməyəcəm. Mən sizin kanalda yayımlanan "Günəbaxan" verilişində 2012-ci ildə Türkiyədə təbii fəlakətlər, terror aktları, ölüm hadisələri və bir o qədər də ictimai sabitliyin pozulacağını gördüyümü demişdim. Azərbaycanın bəzi qəzet və informasiya agentlikləri fikirlərimi təhrif edərək yazdılar ki, guya mən demişəm ki, türkdilli xalqlar haqqında pis görüntülərim var. Bu hal bir neçə dəfə baş verdiyindən Azərbaycan haqqında qətiyyən proqnoz vermək istəmirəm.

- Zirəddin bəy, o zaman ümumiyyətlə at ili bizə hansı sürprizləri verəcək? 2014-cü ildə bəşəriyyəti nə gözləyir? 

- At ilinin ümumən dəlisov il olduğunu görürəm. Builki at azad, dəlisovdu, yəni vəhşi atdı. Bu il həddindən artıq emosional, həssas ildir. Bu ildə yaxşı insanlar həddindən artıq yaxşı olacaqlar, pis insanlarda olan kin-kidurət, neqativ daha da artacaq. 

Ümumiyytlə il dəlisov ildir. Bu il üçün nə yaxşı, nə də pis deyə bilərəm. Xüsusən də ilin ortaları, yəni yay vaxtları bəşəriyyət üçün sakit, stabil keçəcək. Ancaq ilin yaya qədər və yaydan sonrakı dövrləri bəşəriyyət üçün sakit olmayacaq. Müəyyən mənada konfliktlət, terror aktları ola bilər. Mən Azərbaycanı demirəm, ümumiyyətlə dünyanı nəzərdə tututam. Ümumilikdə böyük uğursuzluq görmürəm. Onu deyə bilərəm ki, at ilində incəsənət xadimləri, yaradıcı insanlar üçün uğurlu ildir. Məhz 2014 ildə yaradıcı insanlar üçün böyük qapılar açılacaq, inqilablar olacaq. At emisional olduğundan bu il şairlərin, yazıçıların, artistlərin, müğənnilərin duyğularını, hisslərini daha da çoxaldacaq.

- Dünya müstəvisində siyasi durum necə olacaq?

- Məlum məsələdir ki, Qərb həmişə Şərqə doğru qoşun yeridir, orada haqsızlıqlar törədir, qanlar axıdır. Bu il üçün əvvəlki illərə nisbətən Qərbin Şərqə qarşı haqsızlığı daha da artacaq, daha da aqressiv, neqativ olacaq. Bunu deyə bilərəm. 2014-cü illə bağlı ümumilikdə elə də ciddi bir şey görmürəm. 

- Xərçəng və digər müalicəsi mümkün olmayan xəstəliklərin müalicəsində kəşflər olacaqmı?

- Xərçəng xəstəliyinin müalicəsi Türkiyədə tapılacaq. Mən bunu 3-4 il əvvəl demişəm. Mən bunu ovcumun içi kimi görürəm. Bu proqnozu Mordoviyanın KİV-lərinə demişəm. Xahiş edirəm heç kim mənim proqnozumu təhrif etməsin. Digər məqalələrimdə də xərçəngin dərmanının Türkiyədə tapılacağını demişəm.

Bizdə bəzən şayiələr gəzir ki, qafqaz xalqları üçün xəstəliklər çoxalacaq. Yalan söhbətdi! Əslinə qalsa qərb ölkələrində xəstəliklər, inkişaf etmiş ölkələrdə onların inkişafı ilə bərabər xəstəliklərin də inkişafını görürəm. Bu ölkələrdə xəstəliklər o dərəcədə yayılacaq ki, hətta dünyanı təşvişə salacaq. Ümumilikdə Qafqaf xalqlarında, qafqazlılar üçün xəstəliklərlə bağlı qorxu görmürəm.

- Zirəddin bəy, başa düşdük ki, Azərbaycanla bağlı proqroz vermək niyyətində deyilsiz. Bəlkə Qarabağ probleminin bu emosional at ilində həllini tapıb-tapmayacağından bir söz deyəsiz?

- Qarabağı qoy prezidentimiz, onu dəstəkləyənlər həll etsinlər və mən inanıram ki, həll edəcək də. Amma mən proqnoz vermək istəmirəm.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM