“Zirə”nin futbolçuları Malavi və Botsvana millisinə çağırılıb

19:00 | 20.08.2019
“Zirə”nin futbolçuları Malavi və Botsvana millisinə çağırılıb

“Zirə”nin futbolçuları Malavi və Botsvana millisinə çağırılıb

"Zirə"nin 2 futbolçusu ölkəsinin millisinə dəvət alıb. 

APA-nın məlumatına görə, Robin Nqalande Malavi, Mfo Kqasvane isə Botsvana yığmasının qarşıdakı 2 oyunu üçün əsas komandaya çağırılıb.

Bu millilər dünya çempionatının seçmə mərhələsinə start verəcəklər. I raunddan yarışa qoşulacaq yığmalar bir-biri ilə oynayacaqlar. R. Nqalande və M.

Kqasvanenin komandaları sentyabrın 7-də Botsvanada, 3 gün sonra Malavidə qüvvələrini sınayacaqlar. Cütün qalibi Afrika zonası üzrə seçmə mərhələnin II raundunda qrupa vəsiqə qazanacaq. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM