"Ziya Bünyadov prospektindəki 2-ci tunel müvəqqəti açılıb".
ANS PRESS-in məlumatına görə, bunu "Xutor dairəsi" ərazisində yol qovşağı tikintisini aparan şirkətin sahə rəisi Mahir Göyüşov bildirib.
Onun sözlərinə görə, məqsəd "Qələbə" meydanı tərəfdən gələn yolun yan hissəsinin təmirə dayanmasıdır. "Həmin yol tamamilə yenidən qurulduqdan sonra 2-ci tuneldə vurulan asfalt qatı sona çatdırılacaq. Həmçinin paralel olaraq 1-ci və 3-cü tuneldəki işlər də yekunlaşacaq", - deyə şirkət rəsmisi bildirib.
Qeyd edək ki, yol qovşağının tamamlanması iyun-iyul aylarına planlaşdırılır.
ANS PRESS
Bizi sosial şəbəkələrdə izləyin !