Ziya Məmmədov avtobusların sürətindən danışdı

12:25 | 11.03.2014
Ziya Məmmədov avtobusların sürətindən danışdı

Ziya Məmmədov avtobusların sürətindən danışdı

Bakı şəhərinin ictimai nəqliyyatında avtobusların hərəkət sürətinə nəzarət sistemi tətbiq oluna bilər.Anspress xəbər verir ki, bu barədə nəqliyyat naziri Ziya Məmmədov məlumat verib. İctimai nəqliyyatın tam şəkildə özəl sektora məxsus sahə olduğunu deyən nəqliyyat naziri bildirmişdir ki, avtobus sürücülərinin mədəniyyət problemi ən ağrılı məsələlərdəndir. Bu sahədə fəaliyyət göstərən fiziki və hüquqi şəxslər, yəni şirkət rəhbərləri avtobus sürücülərinin sərnişinlərə mədəni şəkildə xidmət göstərməsinə məsuliyyət daşıyırlar. Nəqliyyat Nazirliyi bununla bağlı dəfələrlə xəbərdarlıq etmiş, müvafiq tövsiyələr verib. Nazir qeyd edib ki, hər sürücüyə fərdi nəzarətçi təyin etmək mümkün deyil. Hər bir kəs normativlərə, cədvəllərə əməl etməlidir. Biz sərnişinlərin təhlükəsiz daşınması ilə bağlı işlər aparırıq və avtobuslarda sürət həddinin müəyyən edilməsi də bu tədbirlər sırasındadır. Hazırda sınaq aparılır, əgər nəticələri uğurlu olarsa, paytaxtın ictimai nəqliyyatında bütün avtobuslarda bu qayda tətbiq olunacaq.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb