Ziya Məmmədov Rusiyaya xəbərdarlıq etdi

11:08 | 18.11.2013
Ziya Məmmədov Rusiyaya xəbərdarlıq etdi

Ziya Məmmədov Rusiyaya xəbərdarlıq etdi

Rusiyanın beynəlxalq gömrük tranzit sistemindən imtina etməsi TIR (Transports Internationaux Routiers) Beynəlxalq Konvensiyasının pozulması deməkdir. Trend-in məlumatına görə, bunu Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov polşalı həmkarı Slavimir Novakla keçirdiyi görüşdə deyib. Qeyd edək ki, Rusiya daha əvvəl qüvvədə olan TIR kitabçlarının əvəzinə Gömrük İttifaqında öz tranzit sisteminin hazırlanması təşəbbüsü ilə çıxış edib.Z.Məmmədovun sözlərinə görə, rəhbərlik etdiyi qurum bu məsələyə aydınlıq gətirmək üçün Rusiya Nəqliyyat Nazirliyinə yazılı müraciət göndərib: "Azərbaycan beynəlxalq qanunların icrasının təmin edilməsində maraqlıdır. Beynəlxalq səviyyəli istənilən hüquqi sənəd daxili hüquq aktlarından üstün tutulur. Buna görə də hər hansı ölkədə qəbul edilən qərar beynəlxalq sənədə ziddirsə, son söz çox vaxt beynəlxalq hüquqi sənədin tərəfində olur".Nazir hesab edir ki, yükdaşımalara maksimum şərait yaratmaq lazımdır ki, sərhədyanı zonalarda problemlərlə üzləşməsinlər: "Söhbət sürücülərdən və onların daşıdığı yüklərdən, habelə yükün təyinat məntəqəsinə tez çatdırılmasından gedir".Onun fikrincə, Rusiyanın qəbul etdiyi mövcud qərar Beynəlxalq Konvensiyanın pozulması anlamına gəlir və Rusiya bu addımı birtərəfli qaydada ata bilməz: "Bu məsələ Azərbaycan və Rusiya Nəqliyyat nazirliyinin əməkdaşlarının yaxın vaxtlarda keçirəcəkləri görüşün gündəliyinə daxil edilib".ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb