Ziya Məmmədov təcili toplantı çağırdı

13:22 | 15.08.2014
Ziya Məmmədov təcili toplantı çağırdı

Ziya Məmmədov təcili toplantı çağırdı

“2014-cü ilin 6 ayı ərzində ümumi istifadədə olan avtonəqliyyat vasitələrinin (avtobus, yük) iştirakı ilə baş verən qəzaların sayı ötən illərə nisbətən 13,7 faiz azalıb. 2013-cü ilin 6 ayı ilə müqayisədə ölənlərin sayı 10,4 faiz, yaralıların sayı isə 21,9 faiz azalıb”.Bunu modern.az-a açıqlamasında Nəqliyyat Nazirliyinin katiblik rəisi Namiq Həsənov bildirib.O qeyd edib ki, bu gün nazirliyin Dövlət Avtomobil Nəqliyyat Xidmətinin toplantısı keçirilib. Ötən gün Bakıda baş vermiş məlum avtobus qəzasından sonra təşkil olunan toplantıda sahibkarlar, daşıyıcıların fiziki-hüquqi şəxsləri və bu işə məsul qurumlar, “Bakısərnişinnəqliyyatı” MMC-nin əməkdaşları da iştirak ediblər.N.Həsənovun sözlərinə görə, toplantıda araşdırmaların nəticəsi müzakirə olunub: “Məlum olub ki, bu ilin 6 ayı ərzində Bakı şəhərində sərnişindaşıma marşrutlarında Dövlət Yol Polisi orqanları tərəfindən 24 yol nəqliyyat hadisəsi qeydə alınıb. Bu hadisələr nəticəsində 4 nəfər ölüb, 26 nəfər yaralanıb. Ötən illə müqayisədə bu il hadisələrin sayı 17,2 faiz, yaralıların sayı 40,9, ölənlərin sayı isə 71,4 faiz azalıb.Onun sözlərinə görə, hazırda Dövlət Avtomobil Nəqliyyat Xidməti tərəfindən bir neçə istiqamətdə iş aparılır. Bunlardan biri də sürücü bazasının təşkil olunmasıdır. Belə ki, artıq dəfələrlə qəza törədən sürücülər işlə təmin olunmayacaqlar. Onlar barədə məlumatlar toplanılacaq və müvafiq qurumlar tərəfindən təhlil ediləcək. Onların yerinə yeni sürücü bazası hazırlanır. Onlar işə başlamamışdan təlim keçəcəklər.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM