Ziyafət Əsgərov: "Qatil atan cəzasını alacaq”

11:38 | 17.06.2014
Ziyafət Əsgərov: "Qatil atan cəzasını alacaq”

Ziyafət Əsgərov: "Qatil atan cəzasını alacaq”

Bakıda davam edən NATO Parlament Assambleyasının (PA) “Cənubi Qafqaz: Çağırışlar və imkanlar" adlı 86-cı “Rose-Roth” seminarında iştirak edən Ermənistan nümayəndə heyətinin üzvü, deputat Tevan Poqosyanın atası ilə bağlı azərbaycanlılara qarşı törətdiyi qanlı cinayətə görə Azərbaycan Hərbi Prokurorluğunda istintaq işi aparılır. APA-nın məlumatına görə, bunu seminarda Azərbaycan qurumdakı nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov T. Poqosyanın Azərbaycanı Sumqayıt hadisələrinə görə ittiham etməsinə cavab verərkən deyib. Z. Əsgərov erməni deputatı riyakarlıqdan və etikasızlıqdan əl çəkməyə çağıraraq yaxın tarixi saxtalaşdırmağa son qoymağı tələb edib: “Sən iki gündür burada Azərbaycanı Sumqayıt hadisələrinə görə ittiham edirsən. Məgər bilmirsiniz ki, bu hadisəni sovet “KQB”si və sizin Qriqoriyan edib?! Yeri gəlmişkən, artıq bunu istintaq da sübut edib. Amma sənin atan Qarabağda azərbaycanlılara qarşı öz yurdlarında qanlı cinayət törədənlərdən biridir. Mənim əlimin altında bununla bağlı ciddi sübutlar da var və hazırda Respublika Hərbi Prokurorluğunda bununla bağlı istintaq gedir. Tezliklə o qatil atan İnterpolun xətti ilə tapılıb gətirilərək cəzasını alacaq. Sən tezliklə bunu görəcəksən”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM