Özünü körpüdən atan gənc nişanlı imiş – YENİ TƏFƏRRÜATLAR

10:47 | 07.01.2014
Özünü körpüdən atan gənc nişanlı imiş – YENİ TƏFƏRRÜATLAR

Özünü körpüdən atan gənc nişanlı imiş – YENİ TƏFƏRRÜATLAR

Yanvarın 5-nə keçən gecə, Bakı şəhərinin Sabunçu rayonu ərazisində, Heydər Əliyev prospektinin üzərindəki asma körpüdən özünü ataraq intihar edən şəxslə bağlı bəzi məqamlar aydınlaşıb.Lent.az xəbər verir ki, intihar edən 27 yaşlı Rəfael Hümbətov xalası qızı ilə nişanlı imiş. Əsəb xəstəliyindən əziyyət çəkən gənc bir müddət əvvəl də özünü öldürməyə cəhd göstərib.Məlumata görə, R.Hümbətovun buradakı həyata uyğunlaşa bilmədiyini görən yaxınları onun Rusiyaya getməsini məsləhət biliblər. R.Hümbətov həmin vaxt xalası oğlu ilə Rusiya şəhərlərindən birinə yollanıb.Lakin bir neçə günlük yuxusuz gecədən sonra onun əsəbləri yenə dözməyib və Rafael Rusiyada körpünün üstünə çıxaraq özünü atmağa cəhd göstərib. Həmin vaxt onun həyatını xilas etmək mümkün olub.Daha sonra Azərbaycana qayıdan gəncin problemləri həll olunmayıb. Nərimanov rayonunda ailə üzvləri ilə birlikdə yaşayan R.Hümbətov tez-tez öz-özünə danışırmış. Yaxınları həmişə onun özünə nə isə edə biləcəyindən qorxurmuşlar. Bu səbəbdən də ailə üzvləri onun nişanlanmasını və bu yolla ailəyə başının qarışmasını istəyiblər. Lakin bir neçə ay əvvəl xalası qızı ilə nişanlanan oğlan yanvarın 5-nə keçən gecə intihar edib.Qeyd edək ki, hadisə vaxtı xilasedicilər brezent açsalar da, R.Hümbətovu xilas etmək mümkün olmayıb.ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM