Yaxınları güman edirlər ki, Rəfael tikintidə zədə alıb və həmin vaxtdan onda psixi problemlər əmələ gəlib
Bakıda özünü körpüdən ataraq intihar edən gənclə bağlı yeni məlumatlar üzə çıxıb. Vesti.az-ın məlumata görə, 1986-cı il təvəllüdlü Hümbətov Rəfail Cümşüd oğlu əvvəllər Rusiyada işləyirmiş.
O, orada tikinti sektorunda fəhləliklə məşğul olub. Yaxınları güman edirlər ki, Rəfael tikintidə zədə alıb və həmin vaxtdan onda psixi problemlər əmələ gəlib. Doğmaları hesab edirlər ki, Rəfail Hümbətovun başına kərpic və ya hansısa başqa ağır cisim düşüb.
Yaxınları Rəfaili yola gətiriblər və müailicə üçün Bakıya çağırıblar. O, Azərbaycana qayıtdıqdan sonra dəfələrlə bildirib ki, intihar edəcək. Qohumları bundan hər zaman ehtiyat edirlərmiş.
ANS PRESS
Bizi sosial şəbəkələrdə izləyin !