Yevlax rayonunda özünü yandıran əlilin vəziyyəti ağırdır. Ancaq ağır vəziyyətdə Bakıya gətirilən Nizami Kərimovun həyati təhlükəsi yoxdur. Bunu 5 saylı Kliniki Xəstəxananın Yanıq Şöbəsindən ANS PRESS-ə məlumat verilib. 44 yaşlı Yevlax sakinin müalicəsi üçün lazımi səviyyədə bütün işlər görülür.Xatırladaq ki, həyatına qəsd edən Nizami Kərimov heç bir yerdə işləmədiyini və sosial təminat ala bilmədiyinə görə belə bir addım atdığını deyib.Qeyd edək ki, 3 övladı olan Nizami Kərimov anadangəlmə əlildir. Yaxınlarının sözlərinə görə gəliri əlilliyə görə, aldığı 57 manat pensiyadan ibarətdir. "Bundan əvvəl iki dəfə yardım almışam. Döyüşə-Döyüşə, çətinliklə... sanki erməni ilə döyüşmüşəm", - deyə Nizami Kərimov açıqlamasında bildirib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !