• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

Özünü yandıran ƏLİLİN AİLƏSİNƏ 100 MİN BELƏ VERİLDİ - VİDEO

Özünü yandıran ƏLİLİN AİLƏSİNƏ 100 MİN BELƏ VERİLDİ - VİDEO
27.12.2013 21:27

Azərbaycan Həmkarlar İttifaqı özünü yandıran Qarabağ əlilinə 100 min manat ödəyib. Maddi yardım Zaur Həsənovun işsizliyini, ailə üzvlərinin sayının çox olmasını və maddi durumunun ağır olduğu nəzərə alaraq verilib. 

 APA TV-nin xəbərinə görə, Həmkarlar İttfaqı sədrinin müavini Aqil Dadaşov, maliyyə şöbəsinin müdiri Qalib Qəribov, Qarabağ Əlilər Mərkəzi və Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri ailəyə baş çəkiblər.

 

Bildirilib ki, İcraiyyə Komitəsi Z. Həsənovun övladları yetkinlik yaşına çatanadək AHİK tərəfindən himayəyə götürülür və övladların hər birinə  300  (üç yüz) manat məbləğində aylıq yardım verilməsini qərara alıb. Bundan başqa, Z. Həsənovun sökülmüş obyektinə görə dəymiş ziyanı ödəmək üçün ona 100 000 (yüz min) manat məbləğində maddi yardım edilib. Ona ölkə xaricində müalicəyə ehtiyacı olarsa, bütün xərclər AHİK-in hesabına ödəniləcək. Qərarda deyilir ki Z. Həsənov və onun həyat yoldaşı ehtiyac olduğu halda işlə təmin olunacaq.

 

Qaradağ rayon icra hakimiyyətinin başçısı, Qarabağ qaziləri, millət vəkilləri Zaur Həsənov və onun ailəsinə baş çəkiblər.

 

Dekabrın 25-də II qrup əlil, 5 uşaq atası Zaur Həsənov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının binası qarşısında üstünə benzin tökərək özünü yandırıb. Ərazidə xidmət aparan polis əməkdaşlarının səyi nəticəsində Zaur Həsənovun həyatı xilas edilib. O, hadisə yerinə çağırılan təcilli tibbi yardım ilə xəstəxanaya aparılıb. Hazırda 5 saylı şəhər xəstəxanasında müalicə olunur.

ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 14:03
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
Güzdəkdə sexdə yanğın baş verib
Cəmiyyət 13:45
Güzdəkdə sexdə yanğın baş verib
Sabahın hava proqnozu
Cəmiyyət 12:25
Sabahın hava proqnozu
Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında keçid edib - Video
Cəmiyyət 12:10
Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında keçid edib - Video
AZAL Bakı-Moskva-Bakı reysi üzrə uçuşları bərpa edib
Cəmiyyət 11:09
AZAL Bakı-Moskva-Bakı reysi üzrə uçuşları bərpa edib
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Cəmiyyət 10:55
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Ötən gün vətəndaşların bank kartlarından 11 min manatdan çox pul oğurlanıb
Cəmiyyət 10:37
Ötən gün vətəndaşların bank kartlarından 11 min manatdan çox pul oğurlanıb
Mehriban Əliyeva Qələbə Günü münasibətilə paylaşım edib
Cəmiyyət 10:13
Mehriban Əliyeva Qələbə Günü münasibətilə paylaşım edib
Çaylarda sululuq artıb
Cəmiyyət 10:10
Çaylarda sululuq artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol