Özünü yandıran Qarabağ qazisi danışdı - VİDEO

00:41 | 26.12.2013
Özünü yandıran Qarabağ qazisi danışdı - VİDEO

Özünü yandıran Qarabağ qazisi danışdı - VİDEO

III qrup Qarabağ əlili Zaur Həsənov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının qarşısında  benzin tökərək özünü yandırıb. Hazırda xəstəxanada olan Qarabağ qazisinin vəziyyəti ağırdır. O, xəstəxanada Meydan TV-yə müsahibə verib.

Əlilin atası Həsən Həsənov isə deyib ki, oğlunun özünü yandırmasına səbəb deputat, Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyevin onun əlindən obyektini almasıdır. O deyib ki, deputat Bibiheybət qəsəbəsində yerləşən bu yerin istirahət mərkəzi üçün söküləcəyini və əvəzində ona yeni obyekt tikiləcəyi vəd edib. Amma obyekt söküləndən sonra orada heç nə tikilməyib, əlil üçün də əlavə obyekt tikilməyib. Bir il davam edən məhkəmə prosesində Zaur Həsənovun iddiaları təmin olunmayıb.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM