Özünü yandırmış Qarabağ qazisi vəfat etdi

22:48 | 28.12.2013
Özünü yandırmış Qarabağ qazisi vəfat etdi

Özünü yandırmış Qarabağ qazisi vəfat etdi

Dekabrın 25-də özünü yandırmış II qrup Qarabağ əlili Zaur Həsənov bu gün dünyasını dəyişib. Bu barədə APA-ya “Qarabağ qaziləri” İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu məlumat verib.

 

Onun sözlərinə görə, Z. Həsənov bir qədər öncə müalicə aldığı 5 saylı şəhər Klinik Xəstəxanasında dünyasını dəyişib.

Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin baş məsləhətçisi Dadaş Hümbətov APA-ya Z. Həsənovun ölüm xəbərini təsdiqləyib. O bildirib ki, axşam saatlarında xəstənin vəziyyəti pisləşib və onun həyatını xilas etmək mümkün olmayıb.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM