Özünün yarıtanrı olduğuna inanan lider

21:43 | 17.12.2014
Özünün yarıtanrı olduğuna inanan lider

Özünün yarıtanrı olduğuna inanan lider

Konqo Demokratik Respublikasının keçmiş diktatoru Mobutu Sese Soko qəribə xüsusiyyyətlərə malik biri idi.

ANN.Az xəbər verir ki, diktatorun tam adı belədir: Mobutu Sese Soko Nkuku Ngbendu Wa Za Banga. O, ölkəsində özündən başqa heç kimin leopard naxışlı papaq taxmasına icazə vermirdi. Mobutu iddia edirdi ki, onun gəzdiyi əsanı 8 insan güclə qaldıra bilər.

 Onun ən maraqlı xüsusiyyəti isə axşamçağı xəbərlərindən əvvəl televiziyada özünün səmadan enərkən göstərilən bir səhnəsinin yayınlanmasını istəməsi idi.

Mobutu yarıtanrı olduğuna inanırdı və öz sevimli xalqının da hər gün bunu görməsini istəyirdi.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti