Azərbaycanda zorakılığa məruz qalan kişi və qadınların sayı açıqlanıb

14:25 | 25.11.2021
Zorakılığa məruz qalanların 92 faizi qadınların, 8 faizi kişilərin payına düşür. Qurbanların 78 faizi fiziki, 84 faizi psixi, 33 faizi iqtisadi, 11 faizi seksual zorakılığa məruz qalıb. Bunu ekspert Abil Bayramov "25 noyabr - Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü”nə həsr edilmiş tədbirdə deyib. 

"Qadınlara qarşı zorakılıq halları ilə bağlı sorğuya cəlb olunmuşlar arasında 21-35 yaş arasında olanların zorakılıq hallarına daha çox rast gəlinir.Onların göstəricisi 62 faiz, 20 yaşdan aşağı olanların göstəricisi 4 faiz, 36-50 arası olanlar 30 faiz, 51-70 yaş arası isə 4 faizdir.  Cinsi mənsubiyyət üzrə məişət zorakılığına daha çox qadınlar məruz qalır. Və bu halların 78 faizi işsizlər arasında olur.  Zorakılıq halları daha çox streotiplərlə bağlıdır. Bu göstərici 72 faizdir. Sorğu nəticəsində aydın olub ki, 31 faiz insan zorakılığa məruz qaldıqdan sonra müraciət etməyib. Məlum olub ki, onların müraciət etməməsinə səbəb el qınağı və ya təkrar zorakılığa məruz qalma və ailənin dağılma qorxusudur", - deyə  Abil Bayramov əlavə edib.
 
Ləman Qasımova



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

Tərəfdaşların xəbərləri

REKLAM