Zubirdən “Qarabağ”da yubiley qolu

20:00 | 05.12.2022
Zubirdən “Qarabağ”da yubiley qolu

Zubirdən “Qarabağ”da yubiley qolu

Abdullah Zubir "Qarabağ”da 40-cı qolunu vurub. Fransalı yarımmüdafiəçinin yubileyi Azərbaycan derbisinə təsadüf edib. O, Azərbaycan Premyer Liqasının "Neftçi” ilə səfər matçında (4:0) fərqlənib.
 
Peşəkar Futbol Liqasına  xəbər verir ki, yarımmüdafiəçi 40-cı qolunu özünün 184-cü oyununda rəqib qapısından keçirib. Zubir ölkə çempionatlarında 29, kubokda 1, avrokuboklarda 10 dəfə rəqib qapısına yol tapıb.
 
Zubir "Qarabağ”da ilk qolunu 2018-ci il sentyabrın 23-də "Qəbələ” ilə çempionat matçında (4:1) vurub.
 
Zubir "Qarabağ”ın tarixi ərzində 40 və ya daha çox qol vuran 13-cü futbolçudur.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb