Zukerberq "Quran"ı nə üçün tövsiyyə etdi?

12:55 | 05.01.2015
Zukerberq

Zukerberq "Quran"ı nə üçün tövsiyyə etdi?

ANN.Az xəbər verir ki, "Facebook"un qurucusu Mark Zukerberq "Kitab klubu" qurub və 2 həftədə bir kitabı oxuyub bitirməyi qarşısına məqsəd qoyub.

O, "Facebook"dakı profilindən yeni "Kitab ili" adlı yeni səhifə yaratdığını elan edib. Eyni zamanda vurğulayıb ki, kitablar insan zəkasının formalaşması üçün ən gözəl vasitədir. Kitablara marağın artması üçün o, belə bir səhifəni yaratmaq fikrinə gəlib.

Mark Zukerberq oxuduğu kitabların adlarını "Kitab ili" səhifəsində paylaşacağını və səhifə üzvləri ilə müzakirə edəcəyini bildirib. Qısa müddər ərzində səhifəyə on minlərlə adam bəyənib.

Maraqlı məqamlardan biri də odur ki, Mark Zukerberqin oxunması üçün tövsiyyə etdiyi 100 kitab arasında "Quran-i Kərim" də var.

ANN.Az

 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti