"Facebook" məşhur mobil mesajlaşma tətbiqi "WhatsApp"ı 19 milyard dollara satın alsa da, Zukerberqin illər əvvəl böyük səhv etdiyi ortaya çıxıb.ANS PRESS-in xəbərinə görə, milyonlarla istifadəçisi olan tətbiqin yaradıcılarından olan Brayan Ekton 2009-ci ildə "Twitter" və "Facebook"a iş üçün müraciət edib. O vaxtlar "Yahoo"da 11 illik təcrübəli bir mühəndis olaraq çalışan Ekton yeni bir iş axtarırmış.Ekton "Twitter" və "Facebook"a müraciət edib. Əvvəl "Twitter"dən rədd cavabı alan Ekton "Facebook"a da qəbul edilməyib. ""Facebook" məni rədd etdi. Maraqlı insanlarla tanış olmaq üçün çox yaxşı bir fürsət idi. Bir sonrakı macəranı dörd gözlə gözləyirəm" - deyə hisslərini Ekton "Twitter" hesabından dilə gətirib.Ekton bir neçə ay sonra gözlədiyi macəraya qovuşub və "Yahoo"dan tanıdığı iş yoldaşı ukraynalı miqrant Yan Kum ilə "Whatsapp"ı qurublar. 2009-cu ildə "Facebook"un Brayan Ektonu rədd etməsi nəticəsində, Ekton və Kum bu gün artıq milyarder iki ortaq olublar.Hal-hazırda dünyada 190 milyon adam tərəfindən istifadə edilən "WhatsApp" tətbiqinin satış qiymətinin şişirdildiyi deyilsə də, Mark Zukerberq 19 milyard ödəyəcəklərini və şirkətin potensialına inandıqlarını qeyd edib."Facebook" 19 milyard dollarlıq məbləğin 4 milyard dollarını nağd ödəyəcək. Hələlik 12 milyard dollar dəyərində olan hissəsini isə "WhatsApp"a verib. Önümüzdəki 4 il müddətində hissələrdən qazanılacaq paydan yerdə qalan məbləği ödəniləcəyi açıqlanıb.Dünyada ən çox istifadə edilən mesajlaşma xidməti olan "Whatsapp"ın 450 milyona yaxın qeydiyyatdan keçmiş üzvü var. Bu üzvlər xidmətdən istifadə etmək üçün hər il 0.99 dollar ödəyir. "Whatsapp"dan sonra isə ən çox istifadə edilən mesajlaşma xidməti ilə 300 milyon istifadəçisi olan "Japan'S Line" və 270 milyon aktiv istifadəçisi olan "WeChat"dır.Xatırladaq ki, bir neçə gün əvvəl "Facebook"-un "WhatsApp" messencerini aldığı xəbərini vermişdik.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !