Salahov Əkram Asim oğlunun 6 ayın əsgəri olduğu bildirilir.
2004-cü il təvəllüdlü Qazax sakini olan hərbçinin Laçındakı "N” saylı hərbi hissədə qulluq etdiyi söylənilir.
Rəsmi məlumata görə, hadisə 2023-cü il yanvarın 24-də baş verib.
Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Firad Əliyevin mətbuata bildirdiyinə görə, Salahov Əkram Asim oğlu odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Qubadlı Hərbi Prokurorluğuna məlumat daxil olub.
Qubadlı Hərbi Prokurorluğunun əməkdaşları hadisə yerinə və meyitə baxış keçirib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər hərəkətlər icra edilib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !