Özünü qazi kimi təqdim edərək vətəndaşları şantaj edən şəxs saxlanılıb

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində vətəndaşlardan barələrində rüsvayedici məlumatlar yayacağı hədəsi ilə pul almaqda şübhəli bilinən şəhər sakini Taleh Qədirov saxlanılıb.Bu barədə DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.
Araşdırmalar zamanı məlum olub ki, özünü qazi kimi tanıdan Taleh Qədirov bir nəfər şəhər sakinindən 1 000 manat alıb, bir nəfərdən isə eyni məbləğdə pul tələb edib.
Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
www.anews.az