Zurabişvili impiçment təhlükəsi ilə üz-üzə

14:53 | 02.05.2019
Zurabişvili impiçment təhlükəsi ilə üz-üzə

Zurabişvili impiçment təhlükəsi ilə üz-üzə

Gürcüstanın prezidenti Salome Zurabişvilinin ABŞ-ın Gürcüstanda hərbi baza açmasına qarşı səsləndirdiyi bəyanat ölkə müxalifətinin kəskin tənqidinə səbəb olub.

Bu haqda "Amerikanın Səsi” məlumat yayıb.

Gürcüstanın 150 yerlik parlamentində 27 mandata sahib olan "Avropa Gürcüstanı” və "Vahid milli hərəkat” partiyaları Zurabişvilinin belə bəyanatlarının ölkəyə ağır zərbə vura biləcəyini hesab edir.

Müxalifət partiyaları gürcüstanlı dövlət başçısını bilavasitə "Rusiya təbliğatını tirajlamaqda” ittiham edib və impiçmentin elan olunacağına ümid etdiklərini bildirib.

Xatırladaq ki, Gürcüstan prezidenti mayın 1-də "Amerikanın Səsi”nə verdiyi müsahibədə ölkə ərazisində ABŞ hərbi bazasının yaradılmasını dəstəkləməyə hazır olmadığını dilə gətirmişdi. Zurabişvilinin sözlərinə görə, Tbilisi təxribat kimi qəbul oluna biləcək addımlardan çəkinməlidir. Bununla belə, o, dövlətin Avropa İttifaqına və NATO-ya inteqrasiya ilə bağlı mövqeyinin dəyişilməz qaldığını əmin edib.
 
 
oxu.az

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM