Xaricdən gətirilən mallar üçün limit iki dəfə endirilsə, nə dəyişəcək? - ŞƏRH

15:28 | 11.12.2023
Xaricdən gətirilən mallar üçün limit iki dəfə endirilsə, nə  dəyişəcək? - ŞƏRH

Xaricdən gətirilən mallar üçün limit iki dəfə endirilsə, nə dəyişəcək? - ŞƏRH

Azərbaycanda bir sıra sahibklarlar adiyyatı qurumlara və deputatlara gömrük rusumunun 300 dollardan 150 dollara endirilməsi ilə bağlı təkliflərini göndərib.  Bununla bağlı Milli məclisin deputatı Vüqar Bayramov öz facebook hesabında bildirib. 
 
Deputat rusumların endirilməsini məqsədəuyğun hesab etmir.
 
"Şəxsi istehlak üçün rüsum ödəmədən xaricdən aylıq 300 dollaradək sifariş məbləğinin 2 dəfə azaldılacağı ilə bağlı son günlər üvanlanan çoxsaylı suallara cavab olaraq bildirmək istərdik ki, bu limitlər Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir.  Sonuncu dəfə, 2020-ci il avqustunda gömrük limitinin məbləği 1000 dollardan 300 dollara endirilib.  Bu limitin dəyişdirilməsi ilə bağlı bir sıra sahibkarlıq subyektləri tərəfindən müraciətlərin olmasına baxmayaraq onun aşağı salınması məqsədəuyğun deyil", - Bayramov əlavə edib.

Onun sözlərinə görə, vətəndaşların aylıq 300 dollaradək sifariş etdikləri məhsullar şəxsi istehlak üçündür və vergiyə cəlb edilməsi heç bir halda məqsədəuyğun hesab olunmur.
 
"Məbləğin azaldılması və ya vergiyə cəlb edilməsi heç bir halda məqsədəuyğun hesab olunmur. Digər tərəfdən, qlobal olaraq indi elektron sifarişlərin həcmində artımlar var. Yerli sahibkarlarımız da bu çağrışlara hazır olmalıdırlar. Sahibkarların rentabelliyi vətəndaşlar üçün müəyyənləşdirilən gömrük limitinin azaldılması hesabına deyil, öz xərclərini minimumlaşdırmaq və xalis rəqabətə hazır olmaq yolu ilə gücləndirilməlidir. Bu baxımdan, vətəndaşlar üçün rüsumsuz aylıq 300 dolların gömrük limitinin dəyişdirilməsinə ehtiyac duyulmur. Sahibkarların rəqabət qabiliyyətini artırmaq üçün digər və daha innovativ mexanizmlərdən istifafə imkanları hər zaman mümkündür",- millət vəkili vurğulayıb.
 
İqtisadi məsələlər üzrə ekspert Xalid Kərimli bildirir ki, xaricdən gətirilən malların limitinin 300 dollar olması yerli mağazalara təsir edir və rəqabət apara bilmirlər.
 
"Bunlar sadəcə şaiyə olaraq yayılıb. Hələlik dəqiq bir məlumat yoxdur. Ancaq belə olacağı təqdirdə, dövlət büdcəsinə vergi yığımı artacaq. Kiçik və mikro sahibkarlarların biznesi inkişaf edərək, daha yaxşı olacaq. Əvvəlcə bunu deyim ki, hazırda yerli mağazalar rəqabət apara bilmirlər. Bunun səbəbi yerli mağazalar da, vətəndaşların gətirdiyi yerdən mallarını gətirirlər.  Yerli sahibkarlar hazırda mallarını rahat şəkildə sata bilmirlər. Sata bilməmələrinin mühüm səbəblərindən biri vətəndaşlara verilən bu güzəştdir.  Yəni 300 dollarlıq mala heç bir rüsum ödəmirlər. Həm vətəndaşlar, həm tacirlər dostlarının, qohumlarının adından hesab açaraq, vergiden yayınaraq, bu cür hallara əl atırlar. Bu da həm dövlət büdcəsindən yayınmalara gətirib çıxarır, həm də sahibkarların inkişafına mane olur.  Sahibkarlar vətəndaşlardan fərqli olaraq, bütün məbləğdən vergi ödəyirlər. Bu da hardasa 35 faiz qiymət fərqidir.  Bununla da rəqabət apara bilmirlər. Bundan başqa qiymətin 150 dollara salınması əvvəlki həcmdə malların artıq gəlməməsinə səbəb olacaq. Bu da gələn malların iki qat aşağı düşməsi deməkdir. Vətəndaşlarin gətirəcəyi malların həcmi azalacaq və "Trendyol"un əvvəlki cəlbediciliyi aşağı düşəcək",- iqtisatçı əlavə edib.
 
Vətəndaşlar arasında xaricdən gətirilən malların limitinin 300 dollardan 150 dollara endiriləcəyi ilə bağlı iddialar səsləndirilir. Bu isə vətəndaşların narahatlığına səbəb olub.
 
2020-ci il avqustun 23-də gömrük limiti barədə Dövlət Gömrük Komitəsinin və Nazirlər Kabinetinin qərarı ilə xaricdən gətirilən malların limiti 1000 dollardan 300 dollara endirilib. Həmin qərarda bildirilib ki, vətəndaş ay ərzində bir neçə dəfə sifariş verə bilər, ancaq gətirdiyi malların ümumi həcmi 300 dolları keçməməlidir.

 
Türkiyənin "Trendyol Group” şirkətinin direktoru Erdem İnan deyib ki, Azərbaycanda "PAŞA Holding” ilə 6 aylıq əməkdaşlıq nəticəsində 3 milyondan çox istifadəçisi olub.
 
"Biz bu rəqəmi daha da böyütməyi planlaşdırırıq. Həmçinin ABAD-la əməkdaşlığa başlayırıq. Biz rəqəmsal iqtisadiyyatın ekosisteminə inanırıq. Bu sahədə güvənli əlaqələrin qurulması və dayanıqlı inkişaf edən əməkdaşlıq çox önəmlidir", - Erdem İnan noyabrın 30-da "InMerge Innovation Summit"də çıxışı zamanı söyləyib.

2013-cü ildə Nazirlər Kabinetinin 305 saylı qərarı ilə gömrük limiti fiziki şəxs özü ilə gətirərsə -1500 $, E-ticarət yolu ilə -1000, 2015-ci il 22 oktyabr tarixində DGK-nın bu limiti Prezidentin fərmanı ilə 10 000 $ müəyyən edib. 2020-ci il 21 avqustunda hökumət 2013-cü ildə qəbul edilən həmin qərara dəyişilik edərək, fiziki şəxs özü ilə gətirərsə - 800 $, E-ticarət yolu ilə -300 $ müəyyən edib.
 
Cari ilin aprelin 29-da Türkiyədə keçirilən «TEKNOFEST» tədbiri çərçivəsində Türkiyənin aparıcı e-ticarət platforması və Avropanın ən böyük texnologiya şirkətlərindən biri olan "Trendyol” Azərbaycanın aparıcı biznes qrupu olan "PAŞA Holding” ilə müqavilə bağlayıb.
 
"Trendyol" Türkiyə şirkəti olsa da, Azərbaycanın e-ticarət sektorunda böyük yer tutur. 2022-ci ildə Azərbaycan "Trendyol”a daxil edilən beynəlxalq sifarişlərə görə birinci yerdə qərarlaşıb. Bundan əlavə, Trendyol tətbiqi 2022-ci ildə Azərbaycanda ən çox yüklənən proqram olub.
 
Aytac Zeynalova




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM