• $ 1.7
  • € 1.9741
  • ₽ 0.021739
  • ₺ 0.0429
  • £ 2.3146

Londonda Azərbaycanın yaşıl enerji üzrə prioritetləri açıqlanıb

Londonda Azərbaycanın yaşıl enerji üzrə prioritetləri açıqlanıb
16.05.2025 09:08

Azərbaycan enerji balansında bərpa olunan enerji mənbələrinin (BEM) payını 2028-ci ilə qədər 32%-ə çatdıra bilər ki, bu da əvvəlcədən planlaşdırılandan iki il tezdir. Bu barədə energetika nazirinin müavini Elnur Soltanov Londonda keçirilən Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) illik toplantısı çərçivəsində təşkil olunan “Azərbaycan: yaşıl artım və əlaqələnməyə açılan qapı” adlı paneldə bildirib.

Onun sözlərinə görə, yaxın illərdə ölkədə yaşıl generasiya üzrə quraşdırılan güc 8 GVt-a çatacaq. Daxili tələbat isə təxminən 3 GVt olaraq qiymətləndirilir ki, bu da artıq enerji ixracı üçün imkan yaradır. Buna görə də region ölkələri ilə infrastruktur əlaqələrinin inkişafı prioritet olaraq qalır.

Soltanov Avropada – xüsusilə İspaniya və Fransa arasında – yaşanan enerji ixrac məhdudiyyətlərinə bənzər vəziyyətlərin qarşısını almağın vacibliyini vurğulayıb.

İlk mərhələdə 2 GVt-dan artıq BEM gücünün elektrik şəbəkəsinə inteqrasiyası 2 milyard ABŞ dollarından çox sərmayə cəlb edə bilər.

Nazirliyin hesablamalarına görə, generasiya üçün qoyulan hər 1 dollar investisiyaya əlavə olaraq şəbəkə infrastrukturu və inteqrasiya xərclərinə orta hesabla 33 sent tələb olunur.

BEM sahəsində artıq 4 qanun qəbul olunub, 3-ü isə hazırlıq mərhələsindədir. Onlardan biri – istilik təchizatı haqqında qanun – ilk dəfə olaraq istilik nasoslarının və mərkəzləşdirilmiş istilik sistemlərinin istifadəsini qanuniləşdirəcək.

Hökumət, həmçinin, ev təsərrüfatlarına 150 kVt gücədək günəş panelləri quraşdırmağa və artıq enerjini şəbəkəyə satmağa imkan verən normativ bazanı təsdiqləyib. Bu, generasiyanın dezentralizasiyası və ikitərəfli elektrik bazarlarının formalaşması baxımından mühüm addımdır.

Yaşıl hidrogenə toxunan Soltanov bildirib ki, Azərbaycan bu sahədə qlobal liderliyi hədəfləmir. Amma ölkə aşağı tələbat dövrlərində artıq BEM enerjisi hesabına hidrogen istehsalı imkanlarını araşdırır.

Xəzərdə planlaşdırılan külək elektrik stansiyaları hidrogen istehsalı üçün əsas mənbə ola bilər. Bu hidrogen həm daxili istehlak üçün enerji buferi kimi, həm də Avropaya yönəlmiş yaşıl enerji dəhlizi çərçivəsində ixrac məqsədilə istifadə oluna bilər.

Soltanov çıxışının sonunda qeyd edib ki, Xəzər regionunun külək potensialı, infrastruktur imkanları və sualtı kabel layihələri Azərbaycana davamlı, rəqəmsal və dekarbonizasiya olunan enerji bazarında aparıcı mövqelər qazandıra bilər.

N.Təbrizli

 

Similar news
Similar news
Azerbaijan sets euro rate at 1.9944 manats
Business 11:28
Azerbaijan sets euro rate at 1.9944 manats
Azeri Light crude drops nearly $8 amid market selloff
Business 16:30
Azeri Light crude drops nearly $8 amid market selloff
Azerbaijan keeps manat steady against dollar
Business 13:00
Azerbaijan keeps manat steady against dollar
Gold dips below $3,330 per ounce
Business 10:00
Gold dips below $3,330 per ounce
European gas prices plunge 12% after Israel-Iran ceasefire
Business 16:30
European gas prices plunge 12% after Israel-Iran ceasefire
Azerbaijan’s Aliyev meets Italian minister to discuss energy, reconstruction projects
Business 16:00
Azerbaijan’s Aliyev meets Italian minister to discuss energy, reconstruction projects
Yelo Bank's summer campaign for micro businesses
Business 15:13
Yelo Bank's summer campaign for micro businesses
Azerbaijan’s financial ecosystem is built on digitalization and security
Business 15:00
Azerbaijan’s financial ecosystem is built on digitalization and security
Discover the world of investments with Birbank Invest – earn more!
Business 14:56
Discover the world of investments with Birbank Invest – earn more!
Anews TV

Our official Youtube channel

Subscribe